Uqandanın şərqində güclü yağışların səbəb olduğu torpaq sürüşməsinin bir neçə kənddə onlarla evi basdırması nəticəsində 15 nəfər ölüb, azı 100 nəfər itkin düşüb.
Sitat.info xəbər verir ki, bu barədə noyabrın 28-də Röyters agentliyi məlumat yayıb.
Uqanda Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, ən azı 40 ev tamamilə torpağın altında qalıb, digərlərinə isə qismən ziyan dəyib.
Polis 113 nəfərin itkin düşdüyünü və keçilməz yolların təcili yardım maşınları da daxil olmaqla nəqliyyat vasitələrinin xilasetmə əməliyyatlarını həyata keçirməsinə mane olduğunu bildirib.
Sürüşmənin baş verdiyi ərazi dağlıqdır və keçmişdə oxşar təbii fəlakətlər, o cümlədən 2010-cu ildə ən azı 80 nəfərin ölümü ilə nəticələnən qar uçqunu yaşanıb.