AZ

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Azərbaycanın Xalq rəssamı Rafiq Nəsirov 78 yaşında vəfat edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimi bu gün saat 14:00-da Təzəpir məscidində baş tutacaq.

Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumunun memarlıq fakültəsinə daxil olub. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.

1969-cu ildən C.Cabbarlı adına "Azərbaycan" kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.

  • Azərbaycan
  • Azərbaycan
Seçilən
10
29
day.az

9Mənbələr