AZ

Suriya müxalifəti Hələbi ələ keçirib

Suriya müxalifət qrupları Hələb vilayətinin bütün qərb hissəsinə nəzarəti ələ keçirdiklərini rəsmən elan ediblər.

Missiya.Az xəbər verir ki, son 48 saat ərzində Suriya prezidenti Bəşər Əsəd 50-dən çox yaşayış məntəqəsini və 15 hərbi keçid məntəqəsini itirib.

Qeyd olunub ki, əsasən Suriya və Türkiyə sərhədində yaşayan qiyamçıların hücum briqadaları Tel Rifat və Hələb istiqamətində əməliyyat keçirir. 

Məlumata görə, əməliyyat zamanı müxalifət qrupları ağır texnikalardan istifadə edir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
2
missiya.az

1Mənbələr