AZ

Tbilisidə gecə saatlarında keçirilən aksiyada 32 polis əməkdaşı xəsarət alıb

Gürcüstan müxalifətinin noyabrın 28-də axşamı saatlarında başladığı etiraz aksiyası insidentsiz ötüşməyib. Gecə saatlarında aksiya iştirakçıları ilə asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 32 əməkdaşı xəsarət alıb.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilir ki, xəsarət alan polis əməkdaşından 13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır.

Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb.

Qeyd edək ki, etirazçılar polisə müxtəlif əşyalar, tüstü bombaları atıb və polis əməkdaşlarının gözlərinə lazer tutublar.

Seçilən
1
5
xalqqazeti.az

7Mənbələr