AZ

Serbiya prezidenti Vuçiç ölkədəki bomba sığınacaqları ilə bağlı durumdan narahat olduğunu bildirib

Serbiya prezidenti Aleksandar Vucic dünyada artan mümkün nüvə təhlükələri fonunda ölkədəki bomba sığınacaqlarının vəziyyətindən narahatlığını ifadə edərək, bu məsələnin üzücü olduğunu bildirib.

Bu barədə o, TV Pink-ə müsahibəsində deyib.

“Bələdiyyə xidmətlərimizdən aldığım ilkin hesabatlar və hərbçilərimizin bomba sığınacaqları ilə bağlı hesabatı istənilən vaxt nüvə hücumuna tab gətirə biləcək sığınacaqlarda nə qədər insanın sığına biləcəyi ilə bağlı acınacaqlı məlumatlardır. Bu vəziyyəti düzəltmək üçün mümkün qədər tez hərəkətə keçməliyik”,- deyə o bildirib.

Noyabrın 19-da verdiyi açıqlamada Vuçiç xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın təhdid altında olacağı təqdirdə nüvə silahından istifadə etməkdən çəkinməyəcəyini bildirib. Vuçiçin sözlərinə görə, Serbiya hazırda nüvə münaqişəsinə hazır deyil. Ölkədə cəmi 257 min sığınacaq çarpayısı var, halbuki təxminən 7 milyon əhalisi olan Serbiya 1,5 milyon sığınacaq çarpayısına çatmaq üçün infrastrukturunu yeniləməlidir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr