İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyidrza Salehi Əmiri bildirib ki, Bakıya səfəri zamanı Azərbaycanın baş naziri və turizm naziri ilə görüşlər keçirib.
Əmiri görüş çərçivəsində əməkdaşlıq və münasibətlərin normallaşdırılması üçün müsbət zəmin hazırlandığını deyib.
“Qafqazda Azərbaycan bizim ilk hədəfimizdir, ancaq təəssüf ki, Azərbaycanın Tehrandakı səfirliyində baş verən insident səbəbindən iki ölkə arasındakı münasibətlərdə problem yaranıb. İran hökumətinin səyləri bu əlaqələri yenidən qurmaq və iki ölkənin xalqları arasında münasibətləri bərpa etməkdir. Quru sərhədlərdə, xüsusilə də Naxçıvanla sərhəddə, eləcə də azərbaycanlı turistlərin Məşhəd, Təbriz şəhərlərinə səfəri üçün hava zonasında müxtəlif məsələlərlə bağlı razılaşmalar əldə olunub”, - deyə, nazir vurğulayıb.
İranlı nazir Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətini bərpa etməsinə toxunaraq, yaxın vaxtlarda İran səfirinin də Bakıya göndəriləcəyini qeyd edib:
“İki qardaş, dost və müsəlman xalq olan Azərbacanla İranın münasibətləri normallaşmalıdır”.
Axar.az