Gec yemək sağlamlığınız üçün pisdir.
Bunu ABŞ və İspaniyadan olan mütəxəssislər bildiriblər.
“Cebheinfo.az” “UfaTime”-a istinadən yazır ki, bunu Kataloniya Açıq Universiteti və Kolumbiya Universitetinin alimləri bildiriblər.
Mütəxəssislər eksperiment aparıblar. Onlar yaşı 50-dən yuxarı olan 26 könüllü cəlb edərək, onları yemək vaxtlarına görə qruplara bölüb və müşahidə ediblər.
Təcrübənin nəticələrinə görə, saat 17:00-dan sonra gündəlik kalorilərin 45%-dən çoxunu qəbul edənlərin qanında qlükoza səviyyəsinin aşağı düşdüyü və təhlükəli sağlamlıq vəziyyətlərinin, o cümlədən 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri riskinin artdığı müəyyən edilib.
Mütəxəssislərin fikrincə, yeməyin əsas hissəsini günün birinci yarısında yemək, yatmazdan əvvəl ağır yeməklərdən uzaq durmaq daha yaxşıdır.