Uqandanın şərqində güclü yağışların səbəb olduğu torpaq sürüşməsinin bir neçə kənddə onlarla evi basdırması nəticəsində 15 nəfər ölüb, ən azı 100 nəfər itkin düşüb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Uqanda Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, ən azı 40 evtamamilə dağıntılar altında qalıb, digərlərinə isə qismən ziyan dəyib.
Polis 113 nəfərin itkin düşdüyünü və keçilməz yolların təcili yardım maşınları da daxil olmaqla nəqliyyat vasitələrinin xilasetmə əməliyyatlarını həyata keçirməsinə mane olduğunu bildirib.