AZ

İpoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib - AMB

Bakı. Trend:

Cari ilin III rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləriüzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxiliresurslar hesabına verilən ipoteka kreditləri üzrə olub.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşməfəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Məlumatda bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu (İKZF)hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidəedilməyib. Qeyd olunub ki, banklar növbəti rübdə həm İKZF hesabınaverilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kreditstandartlarında dəyişiklik olmayacağını gözləyirlər.

“2024-cü ilin III rübündə cəmi ipoteka kreditlərinə tələbazalmışdır. Respondentlərin cavablarına görə tələbdəki azalmanınəsas drayveri daxili ipoteka kreditləri olmuşdur. Banklar tələbinazalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımınıgöstərmişdir. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzilİnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərinkütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.

Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləriüzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyisərtləşdirici təsir göstərən faktorlar olmuşdur. Əvvəlki rübləmüqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına dahaçox təsir etmişdir”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
6
8
az.trend.az

9Mənbələr