AZ

İranda polis idarəsinə silahlı hücum oldu

Sistan və Bəlucistan əyalətinin polis rəisi Məhəmmədrza İshaqi Bəmpur şəhərinin mərkəzindəki polis bölməsinə müştəri kimi yaxınlaşan və qərargaha daxil olmağı planlaşdıran silahlı şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

İshaqinin sözlərinə görə, silahlı vətəndaş qəfildən hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıb və buna görə də cavab tədbirləri görmək lazım gəlib.

Qeyd edək ki, hücum edən şəxs zərərsizləşdirilib.

Milli.Az

Seçilən
4
3
milli.az

10Mənbələr