Sumqayıtda kafedə ölüm faktı olub.

Leqal.info xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazində yerləşən kafelərdən birində baş verib.

1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin qəfil halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.

A.Mustafayevin ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info