AZ

Tural Qurbatovun qolu ən yaxşı oldu

1-ci və 2-ci liqasında “Ayın qolu” layihəsinin qalibləri mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqada "Difai"nin oyunçusu Emil Quluzadənin, 2-ci liqada isə “Şahdağ Qusar”ın üzvü Tural Qurbatovun qolu ən yaxşı olub.

Mükafatları futbolçulara AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Qeyd edək ki, 1-ci liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanır. 2-ci liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edir.

Seçilən
9
2
football-plus.az

3Mənbələr