Mingəçevirdəki 4 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı verilib. Müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu sənəddən irəli gələn məsələləri həll etməlidir.
Qərar Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 nömrəli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Natiq Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə qəbul edilib.