Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb
Sumqayıtda kafedə ölüm faktı baş verib. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazində yerləşən kafelərdən birində qeydə alınıb. 1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin qəfil halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb. A.Mustafayevin ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Fakt araşdırılır.