AZ

Qonşu Dağıstanda əhali elektriksiz qalıb

Dağıstanlılar pis hava şəraiti səbəbindən işıqdan məhrum olublar. Respublikanın bir sıra rayonlarında işıqların kəsilməsi baş verib. Mütəxəssislər problemi aradan qaldırmaq üçün çalışırlar.

Dağıstanın 38 mindən çox sakini əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisindən məhrum olub, – Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yazır.

Nazirlikdən bildirilib ki, 4 bələdiyyənin 68 yaşayış məntəqəsi işıqsız qalıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, elektrik enerjisinin verilişi yağış və qar şəklində yağan güclü yağıntı səbəbindən kəsilib. Bundan başqa, onlarla sosial əhəmiyyətli obyekt də elektrik enerjisindən məhrum olub.

Vurğulanır ki, “Rosseti Şimali Qafqaz” – “Dagenerqo” mütəxəssisləri hazırda problemın aradan qaldırılmasına çalışırlar.

Seçilən
12
moderator.az

1Mənbələr