AZ

Daşqın can alır: 3 ölü, 84 min insan...

Cənub-Şərqi Asiya ölkəsi Malayziyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 3 nəfər ölüb, 84 min 597 nəfər evlərindən təxliyə edilib.

"Cebheinfo.az" xəbər verir ki, Malayziyanın şimal və şərq sahillərindəki bir çox ştata təsir edən güclü yağış sel və torpaq sürüşmələrinə səbəb olub.

Malayziya Milli Fəlakət Komandanlığı Mərkəzinin verdiyi açıqlamaya görə, 3 nəfər həyatını itirib, 84 min 597 nəfər isə 7 əyalətdəki müvəqqəti sığınacaq mərkəzlərinə təxliyə edilib. Bildirilib ki, daşqından ən çox zərər çəkənlər Kelantan və qonşu Terengqanu əyalətidir.

Baş nazirin müavini Əhməd Zahid Həmidi sel fəlakətinin 2014-cü ildəki  təxminən 250 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığını deyib.  Bildirib ki, bu, 21 nəfərin həyatını itirdiyini daşqınlardan daha pis olacaq.

Həmidi hökumətin daşqın bölgələrində işləmək üçün 82 mindən çox təhlükəsizlik işçisi, o cümlədən qayıqlar, dörd təkərli maşınlar və helikopterlər göndərdiyini söyləyib. Dövlət Dəmir Yolu operatoru "KTM Berhad" daşqınlar səbəbiylə şərq sahilində 9 qatar xəttinin dayandırıldığını açıqlayıb.

Malayziyada noyabr ayında başlayan və mart ayına qədər davam edə bilən musson mövsümündə daşqınlar tez-tez baş verir.

Seçilən
3
2
cebheinfo.az

3Mənbələr