Sistan və Bəlucistan əyalətinin polis rəisi Məhəmmədrza İshaqi Bəmpur şəhərinin mərkəzindəki polis bölməsinə müştəri kimi yaxınlaşan və qərargaha daxil olmağı planlaşdıran silahlı şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdığını bildirib.
Gundem.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
İshaqinin sözlərinə görə, silahlı vətəndaş qəfildən hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıb və buna görə də cavab tədbirləri görmək lazım gəlib.
Qeyd edək ki, hücum edən şəxs zərərsizləşdirilib.