Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
Msport.az-ın məlumatına görə, B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə üz-üzə gəlib.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş rəqibin 3:0 hesablı qəlöəbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.