“Biz əvvəlki kimi Azərbaycan-Ermənistan münasibətlərinin bütün istiqamətlərdə normallaşmasına töhfə verməkdən çəkinmirik”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada keçirilən II Rusiya-Ermənistan İctimai Forumunda çıxışı zamanı deyib.
“Biz əminik ki, 2020-2023-cü illər üçün üçtərəfli sazişlərə uyğun olaraq koordinasiyalı tərəqqi hərəkəti regionda sabit sülhü təmin edəcək və onun yaradıcı potensialını açacaq”, - deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az