AZ

Gəncə Dövlət Universiteti nazirliyin akkreditasiyasından keçə bilməyib

Gəncə Dövlət Universiteti ibtidai sinif müəllimləri üzrə kadr hazırlığını həyata keçirən proqram akkreditasiyasına uyğun hesab edilməyib.

Azpost.info bildirir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Azərtac-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı təqvim ilində ilk dəfə olaraq ibtidai sinif müəllimliyi üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrində akkreditasiyası yekunlaşmış üç universitetlə bağlı qərar verilib.

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Naxçıvan Müəllimlər İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının institusional akkreditasiya nəticələri “qismən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.

Gəncə Dövlət Universiteti isə ibtidai sinif müəllimləri üzrə kadr hazırlığını həyata keçirən proqram akkreditasiyasına uyğun hesab edilməyib. Bu ali təhsil müəssisəsinin növbəti tədris ilində təkrar akkreditasiyadan keçirilməsi qərar alınıb.

Mingəçevir Dövlət Universitetində, ADPU-nun Şəki filialında, Ağcabədi filialında və Bakı Dövlət Universitetinin Qazax filialında ibtidai sinif müəllimliyi üzrə akkreditasiyanın nəticələrinin növbəti iki ayda yekunlaşacağı gözlənilir.

Azpost.info

Seçilən
21
azpost.info

1Mənbələr