Cari ilin III rübündə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olub. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərib. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.
Publika.az Mərkəzi Banka istinadla xəbər verir ki, əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standartlarına daha çox təsir edib.
Sorğunun III rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta