COP29-da Azərbaycanın özünün qlobal lider missiyasını ləyaqətlə yerinə yetirməsi, əslində regionda təcavüzkar niyyətlərini açıq müstəviyə keçirmiş Qərb imperializmi üçün fiasko demək oldu.
Konfransda ümumbəşəri nəticələrə yol açan qərarların alınması ilə tədbir ərəfəsində ölkəmiz əleyhinə çoxsaylı cəhdlərin, sərf olunan resursların boşa çıxması ilə nəticələndi.
Bu mənada, cənab İlham Əliyevin COP-un Liderlər Sammitində tarixi çıxışı və tədbir sonrası bölüşdüyü fikirlər əslində qalib sərkərdənin triumfu idi və miqyasca 8 noyabr Zəfərinin nəticələrinin qlobal platformaya daşınması hesab olunmalıdır.
Amma görünən odur ki, necə ki Vətən müharibəsi və antiterror tədbirləri ilə, eləcə də COP-da əldə olunan nəticələrlə Azərbaycan cənab İlham Əliyevin təbirincə desək, elə daşları yerindən tərpədib ki, təcavüzkar qütb hələ də bizdən əl çəkmək istəmir.
Antiteror tədbirlərinin ardınca qınına çəkilmiş, lakin aylar sonra - COP ərəfəsində yenidən “dirçələrək” monitorinqlərə başlayan Aİ-nim Ermənistandakı “müşahidə missiyası”nın səylərinin puça çıxmasının ardınca tədbirdən sonra Ermənistan-Azərbaycan şərti sərhədlərində yenidən fəallaşması ancaq bununla izah oluna bilər və görünən odur ki, revanş missiyasına start verib.
Çox təssüflər olsun ki, bu prosesdə bəzi beynəlxlaq subyektlərin rəhbərləri vəzifə öhdəliklərinin və öz xalqlarının milli maraqlarını nəzərə almadan bu prosesdə alət kimi istifadə olunur. Polşa Prezidentinin Aİ təxribat missiyasının binokl şousunda iştirak etməsi bu mənada təəssüf doğurur.
Təəccüblü deyil ki, Qərbin revanş missiyasına imperializmin Azərbaycandakı marionetləri - antimilli üsürlər də adəti üzrə, sözün əsl mənasında, züy tutmaqdadır. Evinə normal modem alıb qoya bilməyən adam – ünsür hökuməti ona internet blokadası tətbiq etməkdə günahlandırmağa və Qərb muzdu ilə mövcudluğunu sürdürən media o cümlədənsosial media qaragüruhu da belə saxta məlumatları tirajlayır.
Bax, belə bir ucuz situasiya ilə üzüzəyik.
Çox təəssüflər ki, bəzən cəmiyyətdə xüsusən sosial mediada belə təssürat formalaşır ki, cəsarət ancaq tənqid etmkdir. Cəsarət ancaq mənfiliklər axtarıb tapıb səsləndirmək paylaşmaqdır. Amma ən böyük cəsarət əslində yaxşı işlərin dilə gətirilmək bacarığıdır.
Biz unutmamalıyıq ki, tariximizin ən qüdrətli dövrünü yaşayırıq, bunu dilə gətirməyib nədən danışacağıq. Bu gün dünyanı lərzəyə gətirən güclərin Azərbaycana yeganə təsir cəhdi binokllarla baxmaqdan o yana keçmir. Ona görə də artıq qalib kimi güclü kimi İlham əliyev kimi düşünməyə, qalib kimi davranmağa başlamalıyıq. Unutmamalıyıq ki, qələbənin nəticələrini gəıləcək nəsillərə ötürmək bizim öhdəliyimizdir.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı