Bakı. Trend:
Kanadanın baş naziri Castin Trüdo, ABŞ-ın yeni seçilmişprezidenti Donald Trampla görüşmək üçün Floridaya yola düşüb.
Trend xəbər verirki, bu barədə “Bloomberg” məlumat yayıb.
Castin Trüdo cümə günü axşam saatlarında Trampın iqamətgahı olanPalm-Biçə uçub. Kanadanın baş nazirinin, cümə günü ABŞ-ın yeniseçilmiş prezidenti ilə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətəbaşladığı ilk gündə, qeyri-qanuni immiqrasiya və narkotikqaçaqmalçılığı ilə əlaqədar olaraq, Kanada və Meksikadan gələnbütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.
Meksika prezidenti Klaudiya Şeynbaum, Trampın bu addımına cavabolaraq, öz növbəsində rüsumlar tətbiq edəcəyini bəyan edib.