Bakı. Trend:
Latviya Ticarət və Sənaye Palatası Azərbaycanda yeni layihələrəstart verməyə hazırlaşır.
Bu barədə Trend-ə LatviyaTicarət və Sənaye Palatasının Aİ layihələri departamentinindirektoru Liqa Siçeva (Liga Sičeva) məlumat verib.
"Latviya ilə Azərbaycan arasındakı mövcud ticarət əlaqələrindəndanışarkən, bu əlaqələrin inkişaf etdirilməsi və biznesəməkdaşlığının genişləndirilməsi üçün imkanların həmişə olduğunuqeyd etmək vacibdir. Eyni zamanda, bu istiqamətdə əhəmiyyətlipotensialın mövcud olduğunu vurğulamaq lazımdır. Ümumilikdə,meyllər müsbətdir. 2019-cu ildə Azərbaycanla təxminən 100-dən azLatviya şirkəti əməkdaşlıq edirdisə, 2023-cü ilə qədər onların sayıtəxminən 30 faiz artıb. Bu şirkətlər arasında logistika şirkətləri,qida sənayesi müəssisələri, İT şirkətləri və digər sektorlarınnümayəndələri yer alır. Bundan əlavə, "yaşıl" texnologiyalar,informasiya-kommunikasiya texnologiyaları, təhsil, dizayn, tibb,sertifikatlaşdırma və digər sahələrdə fəaliyyət göstərən təşkilatvə müəssisələr üçün də perspektivlər görürük", – deyə obildirib.
Onun sözlərinə görə, Latviya və Azərbaycan arasındakı ticarətəlaqələri böyük potensiala malikdir, çünki hər iki ölkə qismənortaq tarixə sahibdir və bir-birini yaxşı anlayır.
"Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycana ən yaxşıAvropa təcrübələrini təqdim edə, eyni zamanda ölkənin uğurlutəcrübələrini özünə mənimsəyə bilər. Azərbaycan və ümumilikdəregion biznes fəaliyyəti baxımından bizim üçün böyük maraq doğurur."LEF Network Azerbaijan" layihəsi çərçivəsində biz təkcəAzərbaycanla deyil, həmçinin Estoniya və Finlandiya ilə dəəməkdaşlıq edirik. Avropa İttifaqının “Inter-Central Baltic”proqramı tərəfindən maliyyələşdirilən bu layihə dörd ölkəni biraraya gətirərək ixracatın dəstəklənməsinə yönəldilib. Layihə üç ilüçün nəzərdə tutulub və biz hazırda ikinci ilin sonunayaxınlaşırıq. Layihənin son mərhələsi 2025-ci ildə tamamlanacaq.Layihə çərçivəsində qarşılıqlı ticarət missiyaları təşkil edirik:latviyalı, estoniyalı və finlandiyalı şirkətlər Azərbaycana səfəredir, azərbaycanlı şirkətlər isə bizə gəlir", – deyə o əlavəedib.
L.Siçeva qeyd edib ki, hər bir missiyada 15 şirkət iştirak edirki, bu da nümayəndə heyətlərini kifayət qədər genişmiqyaslıedir.
"Missiyaların məqsədi biznesin məhsul distribusiyası, satış,birgə istehsal və xammal tədarükü üçün uyğun tərəfdaşlar tapmasınakömək etməkdir. Biz həmçinin, yeni maliyyə mənbələri axtarır vəcari ilin tamamlanmasından sonra, 2025-ci ildə yeni layihələrin işəsalınmasına hazırlaşırıq. Biz Azərbaycan biznes təşkilatları iləəməkdaşlığa açığıq", – departamentin direktoru vurğulayıb.