AZ

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfəyə yaxın azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında "Azərenerji" ASC 92,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 254,6 milyon ABŞ dolları və ya 3,7 dəfə azdır.

Qeyd edək ki,  2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
3
4
marja.az

10Mənbələr