AZ

“Fortis Group” cərimələndi

Abşeron Rayon Məhkəməsində “Fortis Group” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Qərara əsasən, şirkət cərimələnib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd: Nizamnamə kapitalı 25 000 000 AZN olan MMC-nin qanuni təmsilçisi Asif Ziyadxan oğlu İbrahimovdur. Şirkət inşaat materiallarının istehsalı ilə məşğuldur.

Seçilən
44
9
tribunainfo.az

10Mənbələr