Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümə dekabrın 3-də start veriləcək.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.
Reqlamentə əsasən liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcək.
Qadınlarda “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “UNEC”, kişilərdə isə MOİK, “Murov Az Terminal”, “Azərreyl”, “Xilasedici”, “Gənclər” və “Neftçi” kollektivləri yarışacaqlar.
Ölkə çempionatının 2024-2025-ci illər mövsümünün ilk qarşılaşmaları qadın komandaları arasında təşkil olunacaq. Qadınların Yüksək Liqasında birinci turun oyunları dekabrın 3-də, kişilərin mübarizəsində isə dekabrın 4-5-də baş tutacaq.
Azərbaycan çempionatı
Yüksək Liqa (qadınlar)
I tur
3 dekabr
14:00. “Gəncə” - “Abşeron”
Gəncə İdman sarayı
15:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
17:00. “Murov Az Terminal” - UNEC
Murov Az Terminal VK-nın idman zalı
Yüksək Liqa (kişilər)
I tur
4 dekabr
15:00. “Murov Az Terminal” - MOİK
Murov Az Terminal VK-nın idman zalı
17:00. “Neftçi” - “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
5 dekabr
16:00. “Gənclər” - “Xilasedici”
Sumqayıt OİK.