AZ

Deputat İsmayıllıda seçicilərlə görüşdü

Milli Məclisin deputatı Novruzəli Aslanov noyabrın 30-da İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.
XALQ.AZ xəbər verir ki, millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. Bildirilir ki, 30 noyabr tarixində keçirilən görüş deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Şəhər sakinlərindən 30 nəfərə yaxın insanın qatıldığı bu görüşdə şəhid ailələri və qazilər də iştirak ediblər. Novruz Aslan qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Deputat Novruzəli Aslanovun noyabrın 30-da İsmayıllı şəhərində keçirdiyi qəbulda iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Seçilən
16
xalq.az

1Mənbələr