AZ

"ABŞ-ın nüvə zərbəsinin nəticələri Moskva, Pekin və Pxenyan üçün necə olacaq?" - "Newsweek"

"Nüvə partlayışının mərkəzi zonasında hərarətin milyonlarla dərəcəyə çatması səbəbindən nə insanlar, nə də tikililər salamat qalacaq..."
 
ABŞ tərəfindən tətbiq ediləcək nüvə silahının Moskva, Pekin və Pxenyan üçün mümkün nəticələrinin təhlili aparılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.
 
Bu ssenari Ukraynaya qarşı müharibənin gedişində nüvə ritorikasının güclənməsi və qlobal nüvə münaqişəsinin gerçək təhlükəsinin müzakirələri fonunda nəzərdən keçirilir.
 
Bu təhlil ABŞ-ın ən güclü B-83 döyüş başlığının partlayışının nəticələrinin modelləşdirilməsinə əsaslanıb. Xəritələr nüvə texnologiyaları üzrə tarixçi Aleks Vellerstayn tərəfindən təqdim edilən məlumatlardan istifadə edilməklə işlənib hazırlanıb. Dağıntıların radiusu, həmçinin həlak olanlar və zərərçəkənlərin sayı yükün gücündən və ərazinin xüsusiyyətlərindən asılıdır.
 
Məhvetmə zonalarında nə baş verəcək?
 
1. Alov kürəsi:
 
Mərkəzi zona (təxminən 2, 6 kv. km radiusda) milyonlarla dərəcəyə çatan hərarət səbəbindən tamamilə buxarlanacaq. Burada nə insanlar, nə də tikililər salamat qalacaq.
 
2. Tam dağıntılar zonası:
 
Partlayış radiusu (təxminən 107 kv. km) əksəriyyət binaları məhv edəcək və yaşayış rayonlarını əhatə edən kütləvi yanğınlar törədəcək.
 
3. İstilik şüalanması:
 
Geniş ərazi (340 kv. km) istilik şüalanmasının təsirində olacaq, üçüncü dərəcəli yanıqlar törədəcək. Belə yanıqlar tez-tez sinirləri zədələyir, onları "ağrılı" edir, lakin ciddi travmalar, çapıqlar, əlillik və mümkün amputasiyalara gətirib çıxarır.
 
4. Yüngül zədələnmələr zonası:
 
Təxminən 860 kv. km radiusda zərbə dalğası pəncərələrin şüşəsini sındıracaq, bu da çoxsaylı travmalara gətirib çıxara bilər.
 
Əhali arasında itkilər
 
Ekspertlərin dəyərləndirmələrinə görə, nüvə zərbəsi nəticəsində paytaxtlar üzrə qurbanlar milyonlarla ölçüləcək:
 
Moskva: təxminən 1, 4 milyon adam həlak olacaq, daha 3, 7 milyon insan yaralanacaq.
 
Pekin: 1, 5 milyon qurban olacaq, təxminən 3, 3 milyon insan yaralanacaq.
 
Pxenyan: 1, 3 milyon adam həlak olacaq, daha 1, 1 milyon insan zərər çəkəcək.
 
Bu rəqəmlər nüvə silahının hətta məhdud miqyasda tətbiq edilməsinin qorxunc nəticələrindən xəbər verir. Belə ssenarilər nüvə münaqişəsinin fəlakətli potensialını və onun qarşısının alınması zəruriliyini xatırladır.
Seçilən
43
moderator.az

1Mənbələr