Biləsuvarda avtobusla "Kamaz"ın toqquşması nəticəsində xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə köçürülüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə bu səhər Biləsuvarda avtobusla "Kazmaz"ın toqquşması nəticəsində xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Bakı şəhərinə, xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, qəzada ağır xəsarət alan T. Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.
***
10:41
Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib.
Naxçıvandan Bakıya gedən avtobus betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.