Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, universitetə növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.
"Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisalar da yaradılacaq. Yəni, mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və digər müəllimlik ixtisaslarını çalışacağıq ki, tam əhatə edək", - deyə o bildirib.
Onun sözlərinə görə, mühəndislik ixtisaslarının da sayı artacaq.
"Bir mənalı olaraq hələ ki bu proses gedir. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq. Tibb fakültəsində ali təhsil səviyyəsində həm tibb, həm də tibb bacısı ixtisaslarının açılması planlaşdırılır. Bundan əlavə, təbiət fənnləri üzrə fakültənin də açılmasını düşünürük",- deyə E.Əmrullayev bildirib.