ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb.
Sənəddə qeyd olunub ki, ABŞ Gürcüstanın Aİ-yə üzvlük məsələsini dayandırmaq qərarından təəssüflənir.
“Gürcü Arzusu”nun hərəkətləri strateji tərəfdaşlığımızın əsas prinsiplərini pozub. <...> Nəticədə Birləşmiş Ştatlar bu mexanizmin fəaliyyətini dayandırıb”, - bəyanatda bildirilib.