1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski bütün itirilmiş əraziləri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğuna dair bu günə qədər ən güclü siqnal göndərib.
Oxu.Az xəbər verir ki, bu fikri "Bloomberg" agentliyi bildirib.
Məlumata görə, Ukrayna münaqişəsində "döyüş nöqtəsi" yaranır, çünki Rusiya qoşunları "şərqdə inamla irəliləyir" və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı döyüşləri dayandıracağına söz verib.
Xatırladaq ki, bugünlərdə Zelenski "Sky News" telekanalına müsahibəsində Kiyevin nəzarətində olan ərazilərin NATO-nun "çətiri altına" alınacağı təqdirdə münaqişənin "qaynar mərhələsinin" dayanmasına razılıq verib. Bu, onun 2022-ci ilin fevralından bəri itirilmiş əraziləri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.