Ötən ilin oktyabrından başlayanQəzza zolağında gedən döyüşlərdə ən azı 191 jurnalist həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı Fələstin hökumətinə istinadən məlumat yayıb.
Hökumətin bəyanatında deyilir: “İsrail işğalı sübut edir ki, Qəzzada apardığı müharibə təkcə mülki şəxslərə qarşı deyil, həm də həqiqətə qarşı müharibədir. İsrail buhərəkətlərinə görə məsuliyyət daşıyır".
Xatırladaq ki,ötən il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və əsirlərinhamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.