Müqaviləsinin müddəti başa çatacağı üçün bu yay "Liverpul"u azad agent qismində tərk edəcəyi gözlənilən Məhəmməd Salah karyerasını başqa Avropa nəhəngində davam etdirə bilər.
"Unikal" xəbər verir ki, məlumatı "El Nacional" yayıb.
Xəbərə görə, misirli hücumçunun xidmətində PSJ maraqlıdır. Mənbə Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifinin 32 yaşlı hücumçunu heyətə qatmaq üçün bütün imkanlarından istifadə edəcəyini vurğulayıb. Sözügedən klubun Salaha ildə 40 milyon avro maaş verməyə hazır olduğu bildirilib ki, bu da Avropada rekord məmləğdir.
Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 12 matça çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.