AZ

Bu da faciəvi nəticə: ABŞ bizdən imtina etdi


ABŞ-Gürcüstan strateji tərəfdaşlığının dayandırılması Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasətinin faciəvi nəticəsidir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“ABŞ-Gürcüstan strateji tərəfdaşlığının dayandırılması Gürcü Arzusunun antidemokratik, antiqərb, antiavropa və antigürcü siyasətinin faciəvi nəticəsidir. Yalnız bir istiqamətə - Rusiyaya doğru”, - o, X-də bildirib.

Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin 2028-ci ilə qədər AB ilə üzvlük danışıqlarını dayandırdığını elan edib. Bundan sonra ölkədə genişmiqyaslı aksiyalar başlayıb.

ABŞ Gürcüstanın bu siyasətinə görə Tiflislə strateji tərəfdaşlığı dayandırdığını elan edib.


Seçilən
17
3
news24.az

4Mənbələr