AZ

291 il həbs cəzası ilə axtarılan 11 uşaq anası tutulub

Əskişəhərdə oğurluq etdiyi üçün ümumilikdə 291 il 7 ay həbs cəzası alan Ceylan Ç. (35) polis qrupları tərəfindən nəzarətə alınıb. 11 uşaq anası olan Ceylan Ç.-nin 12-ci övladına hamilə olduğu öyrənilib.

Sherg.az xəbər verir ki, Eskişehir Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi qrupları, 15 fərqli ünvandan qapı dilini yerə salaraq oğurluq etdiyi üçün cəmi 291 il 7 ay həbs cəzasına məhkum edilən Ceylan Ç.-nin Bursadan öz avtomobili ilə şəhərə girdiyini təyin etdi.

Ceylan Ç.-nin təqib edilən avtomobili Tepebaşı mahalının Çamlıca Məhəlləsində saxlanılıb. 11 uşaq anası Ceylan Ç.-nin nəzarətə götürüldüyü və 12-ci övladına hamilə olduğu aydınlaşarkən, onun 162 ayrı oğurluq cinayəti qeydi olduğu da müəyyən edilib. Sağlamlıq yoxlamasından sonra ifadəsi alınan Ceylan Ç. ədliyyəyə sövq edilib.

Ceylan Ç.-nin həbs cəzalarının əvvəllər hamiləliyi səbəbindən təxirə salındığı öyrənilib.
Seçilən
29
25
sherg.az

10Mənbələr