AZ

"Bəlkə də indiyə bir neçə ailə qurmuşdum"

"Mənim həyat yoldaşım olmaq çox çətin məsələdir".

Milli.Az olay.az-a istinadən xəbər verir ki , bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Sənətçi proqramda həyat yoldaşından və onunla münasibətlərindən söz açıb:

"Öz ailəmə təşəkkür edirəm. Həyat yoldaşım nə çəkibsə də içində çəkib, təki Manafın qəlbinə dəyməyim, Manafın istədiyi olsun. Çünki bizdə əsl sevgi olub. Biz bir-birimizi sevib, evlənmişik.

Bizi atamız evləndirməyib.

Bəli, mən həyat yoldaşımı bu gün də sevirəm. Fəxr edirəm ki, mənim elə bir ailəm var. Bəlkə də onun yerinə kim olsa, mən indiyə bir neçə ailə qurmuşdum. Təbii ki, hər ailədə olduğu kimi, o da qısqanır".

Qeyd edək ki, Manaf Ağayevin iki oğlan və bir qız övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
3
2
milli.az

10Mənbələr