AZ

Tramp BRİCS üzvlərini hədələyib: "Gedib başqa bir axmaq tapsınlar!"

"BRİCS ölkələri vahid valyuta və dollara alternativ pul vahidi yaratmaq fikrindən imtina etməlidir, yoxsa ABŞ-la ticarətdə 100%-lik gömrük rüsumları ilə qarşılaşacaqlar".

Mia.az xəbər verir ki, bu təhdidi ABŞ-ın yeni prezidenti Donald Tramp sosial media heabında yazıb.

O daha sonra belə davam edib: "Biz bu ölkələrdən nə yeni bir BRİCS pul vahidi, nə də güclü ABŞ dollarının yerini tutacaq başqa pul vahidini dəstəkləyəcəklərinə dair təəhhüd gözləyirik. Əks təqdirdə, 100%-lik gömrük vergisiylə qarşı-qarşıya qalacaqlar və möhtəşəm ABŞ iqtisadiyyatına satışlardan vaz keçmələri lazım gələcək. Gedib başqa bir axmaq tapsınlar!

BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil, buna cəhd edən hər hansı ölkə ABŞ-la əlaqələrə əlvida deməlidir".

Lamiyə

MİA.AZ

Seçilən
13
2
mia.az

3Mənbələr