1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"31 il əvvəl oğlumun bir yaşı olanda Cəbrayıldan qaçqın düşdüm, indi nəvəmin bir yaşında ailəmlə Cəbrayıla geri qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Cəbrayıl sakini Yusif Səfixanov deyib.
"Bu işdə əməyi olan hər kəsə minnətdaram ki, bu hissi bizə yaşatdılar. Çox gözəl hissdir, onu sözlə ifadə etmək çətindir. Cəbrayıl cənnətə bənzər yer idi, mənfur ermənilər oranı talan etdilər. Amma biz əl-ələ verib doğma yurdumuzu yenidən dirçəldəcəyik. Heç vaxt ümidimizi üzməmişdik, həmişə bu ümidlə yaşamışıq. İndi bu ümidimiz reallaşır".
Xatırladaq ki, bu gün daha 35 ailə Bakıdan doğma Cəbrayıl şəhərinə yola salınıb.
Mərahim Nəsib