Bakı. Trend:
Noyabrın 30-da və dekabrın 1-də ölkə ərazisində qeydə alınan 50,əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polisəməkdaşları tərəfindən təmin olunub.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədənborclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.