Bullinq sırf məktəbdən qaynaqlanmır, burada ailələrin də rolu böyükdür.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.
Direktor müavini məlumat verib ki, 2023-2024-cü ildən Bakıda 62, rayonlarda 300 məktəbdə şagird-davranış qaydaları tətbiq olunub:
"İlkin nəticələr belədir ki, biz yaxşı siqnallar alırıq. Yaxın zamanda bu qaydalar bütün ölkə üzrə tətbiq olunacaq".
"Cebheinfo.az"