AZ

Suriyadakı son vəziyyət : SMO Tel Rifatdadır

Suriyanın ikinci böyük şəhəri Hələbdə Əsəd rejimi qüvvələrinin geri çəkilməsindən sonra şəhərin böyük hissəsi və bütün İdlib müxalif qüvvələrin nəzarətinə keçib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müxalifət Həmaya doğru irəliləməyə başlayıb. SMO qoşunları Tel Rifatda da nəzarəti saxlayıb.
 
Digər tərəfdən, Əsəd rejimi qüvvələrinə dəstək üçün İraqdan Suriyaya şiə silahlıları daxil olub.
 
Suriya rejiminin müxalifləri çərşənbə günü Hələbdə əməliyyata başlayıb. Rejim qüvvələri bəzi yerlərdən geri çəkilərək bölgəyə nəzarəti PKK/YPG-yə verib.
 
Terror təşkilatı Fərat çayının şərqindən Hələb bölgəsinə əlavə qüvvələr göndərərək istehkamlara başlayıb. Təşkilatın da işğal etdiyi Tel Rifatla Mənbic arasında terror dəhlizinin yaradılmasına hazırlıq gedib.
 
Bunun üzərinə Suriya Milli Ordusu (SNA) təşkilata qarşı \"Azadlıq şəfəqi” əməliyyatına başlayıb.
 
Türkiyə sərhədinin 18 kilometrliyində yerləşən Tel Rifat 8 il PKK/YPG terrorçularının nəzarətində olub. Tel Rifatı əhatə edən SNA rayonun qərbindəki Deyr Cemaldan rayon mərkəzinə daxil olub və rayon mərkəzindən əlavə 24 kəndi də ələ keçirilib.
 
Heyət Təhrir Əl-Şamın başçılıq etdiyi rejim müxalifləri Hələbi də ələ keçirib. Suriya prezidenti Bəşər Əsədin qardaşı Basil Əsədin şəhərin mərkəzində heykəli dağıdılıb.
 
Qarşıdurmalar tam gücü ilə davam edərkən, Dəməşqdə Əsədə qarşı hərbi çevriliş cəhdinin edildiyi iddia edilib. İddia ilə bağlı heç bir tərəfdən açıqlama verilməyib.
 
Qeyd edək ki, Rusiya da 2016-cı ildən bəri ilk dəfə Hələbə hava zərbəsi endirib.
 
Oksana
Seçilən
80
21
azxeber.com

10Mənbələr