AZ

Tramp Baydenin oğlunu əfv etməyə reaksiya verdi: Açıq-aşkar sui-istifadə

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Co Baydenin oğlu Hanter Baydeni əfv etmək qərarını "hakimiyyətdən açıq-aşkar sui-istifadə” və "ədalətin pozulması” adlandırıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə özünün "Truth” sosial şəbəkəsində yazıb.
 
"Co Hanterə verilən əfv bir neçə ildir həbsdə olan "6 yanvar girovları" adlandırdığım şəxsləri əhatə edirmi? Bu, açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır!" - ABŞ-ın yeni seçilmiş prezidenti bildirib. 

 "6 yanvar girovları” deyərkən Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə basqın edənləri nəzərdə tutur. O və tərəfdarları onları siyasi məhbus hesab edir və bir çoxlarının ədalətsiz şəkildə mühakimə olunduğunu iddia edirlər.

Xüsusilə, ABŞ-da "Proud Boys” sağ radikal hərəkatının iki keçmiş lideri 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak etdiklərinə görə 15 və 17 il həbs cəzasına məhkum ediliblər.

Ümumilikdə Kapitoliyə hücumla bağlı 1100-dən çox şəxsə qarşı ittiham irəli sürülüb, onlardan 600-ü artıq mühakimə olunub.

Ən ağır cəza ifrat sağçı "Oath Keepers" təşkilatından olan Stüard Roda verilib -  18 il həbs.

Nizami Bağırov
Seçilən
22
12
qaynarinfo.az

10Mənbələr