AZ

"1988-ci ildən sonra ermənilər Qərbi Azərbaycanda 2 mindən artıq qəbiristanlığı dağıdıb" - Sədr müavini

"1988-ci ildə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus iki mindən artıq qəbiristanlığı dağıdıb, ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildiyi halda bu faktlar gizlədilib. Dünya ictimaiyyəti tərəfindən isə bu məsələlərə diqqətsizlik göstərilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov deyib.

"Qərbi azərbaycanlılarla bağlı məsələ son vaxtlar dövlətimizin, xalqımızın ən vacib məsələlərindən birinə çevrildiyindən, ölkənin daxili və xarici siyasətində mühüm yer tutduğundan, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanıların Ermənistanda vaxtilə yaaşdıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət əmək və s. sənədlərin arxiv fondlarından, həmçinin, şəxsi arxivlərdən toplanması, ərazi prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun yaradılması işinə başlanılıb və bununla bağlı komitədə müvafiq komissiya yaradılıb. Məlumatların elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim olunması istiqamətində işlər aparılır. Əminliklə bildirmək istərdik ki, Qərbi Azərbyacana qayıdışın gerçəkləşəcəyi gün uzaqda deyil".

Anar Kəlbiyev

Seçilən
73
50
unikal.az

10Mənbələr