"Azərbaycanda erməni dilini tədris edən fakültə, hətta universitet yaradılmalıdır".
Bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı sabiq təhsil naziri Firudin Cəlilov deyib.
O bildirib ki, Qərbi azərbaycanlıların problemlərini qaldırmaq üçün ermənilərin dilini öyrənmək vacibdir: “Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq. Ermənilər Azərbaycan dilini bilirlər, öyrənirlər, tədqiq edirlər. Amma bizdə bu çatışmazlıq hələ də həllini tapmayıb”.
Anar Kəlbiyev
Mənbə: unikal.az