AZ

Məsud Pezeşkian Bəşər Əsədlə danışdı

İran prezidenti Məsud Pezeşkian ilə Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.

Bu barədə İran KİV-nin xəbərində bildirilib.

Prezident Pezeşkian telefon danışığında İranın Suriyada birlik və sabitliyə xələl gətirilməsinə qarşı olduğunu bildirib və deyib: “Suriyanın birlik və bütövlüyünə zərər vurmaq əslində regionun və ölkələrin sülh və təhlükəsizliyini hədəf alır”.

ABŞ və İsrailin region ölkələrinin sülh və təhlükəsizliyinin pozulmasında əməkdaşlıq etdiklərini bildirən Pezeşkian İranın bu təhlükəli layihələrə qarşı çıxmağa tam hazır olduğunu vurğulayıb.

Suriya prezidenti Bəşər Əsəd isə terrorla mübarizədə iki ölkənin əməkdaşlığı ilə yanaşı, təhlükəsizlik sahəsindəki son hadisələrə də toxunub. Deyib ki, Suriyadakı son hadisələr regionu parçalamaq, region ölkələrində sabitliyi pozmaq, Yaxın Şərq xəritəsini ABŞ və Qərbin maraq və məqsədlərinə uyğun yenidən tərtib etmək kimi məqsədlər güdür.

Bəşər Əsədin sözlərinə görə, son hadisələr Suriya və ordusunun bütün Suriya ərazisində terrorizmin kökünü kəsməkdə israrını artıracaq.

"Cebheinfo.az"

Seçilən
11
43
cebheinfo.az

10Mənbələr