Bakı. Trend:
Dekabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətininnövbəti iclası keçirilib.
Partiyadan Trend-ə bildiriblər ki, YAP Sədrinin müavini – MərkəziAparatın rəhbəri Tahir Budaqov demokratik inkişaf yolunda əminaddımlarla irəliləyən Azərbaycanın daha bir mühüm ictimai-siyasiproses ərəfəsində olduğunu qeyd edib.
“Məlum olduğu kimi, 2025-ci il yanvarın 29-da ölkəmizdə növbətibələdiyyə seçkiləri keçiriləcək. Siyasi sistemin aparıcı qüvvəsiolan YAP indiyədək bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb vəinamlı qələbələrə imza atıb. Xalqın etimadını layiqincə doğruldanYAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlarfonunda böyük qələbə əzmi ilə qatılır”, - deyən Tahir Budaqovbələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biriüzrə YAP-ın öz namizədlərini irəli sürəcəyini diqqətə çatdırıb.
Sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumatverilib.
İclasda ilk olaraq “Azərbaycan Respublikasında 2025-ci ilyanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YeniAzərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiqolunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarətMərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbulolunub.
İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasınınsəlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətlinümayəndəsi, həmçinin səsvermə gününədək seçki komissiyalarınıniclaslarını müşahidə edəcək şəxslər təyin edilib.
İclasda çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov, partiyanınİdarə Heyətinin üzvləri Arif Rəhimzadə, Hikmət Məmmədov, MübarizQurbanlı və Aynur Sofiyeva seçki kampaniyasının uğurla həyatakeçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıblar.
İclasa yekun vuran Tahir Budaqov əvvəlki seçkilərdə olduğu kimi,bələdiyyə seçkilərinin də mütəşəkkil həyata keçirilməsi üçünpartiyanın bütün resurslarının cəlb olunacağına əminliyini ifadəedib və bu prosesdə iştirak edəcək partiya üzvlərinəmüvəffəqiyyətlər arzulayıb.