Qadın futbolçulardan ibarət Azərbaycan millisi Rusiya yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gəlib.
"Soçi” klubunun məşq bazasında baş tutan qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, noyabrın 28-də təşkil olunan ilk oyunda da Rusiya millisi eyni hesabla qələbə qazanmışdı.