AZ

COP29 başa çatsa da, bəzi zolaqlar niyə silinməyib? VİDEO

COP29 başa çatsa da, hələ də bəzi yollarda bu tədbir üçün nəzərdə tutulmuş zolaqların silinməsi həyata keçirilməyib.

Xezerxeber.az-ın xəbərinə görə, belə yerlərdən biri Nizami rayonu, Mikayıl Əliyev küçəsidir. Rüstəm Rüstəmov küçəsi ilə kəsişmədən, üzü Koroğlu metrostansiyası istiqamətində COP29 zolaqları çəkilib. Ancaq hələ də həmin zolağın silinməsi həyata keçirilməyib. Nəticədə əksər sürücü sözügedən zolağa daxil olmurlar.

Bənzər hal Böyükşor şossesində də müşahidə edilir. Burada da Yeni ramanadan başlayaraq, zolaqların silinməsi həyata keçirilməyib. Sözügedən yolda zolaq silinməsə də, 5.9, yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nişan da yoxdur.

Nəqliyyatın ən intensiv hərəkət etdiyi Neftçilər prospektində də COP29 ərəfəsində çəkilən xüsusi zolaq qalmaqdadır. Mikayıl Əliyev küçəsi və böyükşor şossesindən fərqli olaraq, burada 5.9 nişanı var. Yəni avtobus nişanı qüvvədədir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, yol nişanları çıxarılmış zolaqlar silinməsə belə, artıq qüvvədən düşmüş hesab olunur. 5.9 nişanı, yəni  ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nişan çıxarılmayıbsa, yollarda, zolaq qüvvədədir. Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir",-deyə agentlikdən bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
25
xezerxeber.az

1Mənbələr